İşin təsviri
- Təsdiq olunmuş büdcənin icrasını mütəmadi monitorinq etmək, xərclər üzrə maliyyə intizamına riayət olunmasını təmin etmək;
- Ödənişlərdən əvvəl maliyyə nəzarətini həyata keçirmək, ödənişlərin DoA (Delegation of Authority) və büdcə çərçivəsinə uyğunluğunu yoxlamaq;
- Faktiki xərclərlə planlaşdırılmış büdcə arasında variance analizi aparmaq, yaranan fərqlərin səbəblərini müəyyənləşdirmək və aradan qaldırılması üçün tədbir təklifləri vermək;
- Xərc mərkəzləri üzrə müəyyən edilmiş limitlərin istifadəsini izləmək, risk yarandıqda vaxtında xəbərdarlıq və məlumatlandırma aparmaq;
- Aylıq büdcə icrası üzrə hesabatlar hazırlamaq, kritik kənarlaşmalarla bağlı eskalasiya etmək və rəhbərliyə təqdim etmək;
- Büdcə və xərclərə nəzarət proseslərinin təkmilləşdirilməsi məqsədilə mövcud nəzarət mexanizmlərini təhlil etmək və inkişaf təklifləri irəli sürmək;
- Büdcə və xərclərə nəzarət üzrə daxili və xarici auditlər zamanı tələb olunan məlumatları və sənədləri hazırlamaq və təqdim etmək;
Namizədə tələblər:
- Ali təhsil(Maliyyə, mühasibatlılıq).
- Maliyyə, büdcə planlaşdırılması və ya xərclərə nəzarət sahəsi üzrə minimum 2-3 il iş təcrübəsi.
- Yaxşı səviyyədə MS Excel biliyi olmalı
- Analitik düşüncə, Komandada işləmək bacarığı.
- Maliyyə və Mühasibatlıq sahəsi üzrə sertifikatların (ACCA) olması mütləqdir.
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Büdcə və xərclərə nəzarət üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını careers@rossmann.az elektron poçt ünvanına göndərə bilərlər.