İşin təsviri
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə sənədləri hazırlamaq, qeydiyyatı və aidiyyəti üzrə paylanmasını təşkil etmək;
- Kurasiyasına daxil olan market və şirkətə aid digər obyektlərdə əməyin və ətraf mühitin mühafizəsinin təmin olunmasına nəzarət etmək;
- Anbar və digər obyektlər üzrə SƏTƏM sənədləşməsini aparmaq və nəzarətdə saxlamaq;
- Qəza və insidentləri araşdırmaq, müvafiq hesabatları hazırlamaq;
- Obyektlər üçün tələb olunan SƏTƏM blanklarını və materiallarını sifarış etmək;
- Ofis və obyektlərdə ilkin yoxlamaları aparmaq və nəticələri sənədləşdirmək;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanmasında iştirak etmək;
- SƏTƏM rəhbərinə hesabat, arayış və məlumatları hazırlamaq və təqdim etmək;
- Yeni işçilərə əməyin mühafizəsi və SƏTƏM üzrə təlimlər keçmək.
Namizədə tələblər:
- Ali təhsil (Əməyin mühafizəsi və ya texniki sahə üzrə ali təhsil)
- Müvafiq sahədə 1-2 il iş təcrübəsi;
- MS Office (Word, Excel, Outlook) biliyi;
- Sahə üzrə sertifikatların olması arzuolunandır.
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “SƏTƏM üzrə kiçik mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını careers@rossmann.az elektron poçt ünvanına göndərə bilərlər.