İşin təsviri
“Veysəloğlu” MMC İnformasiya Texnologiyaları Direktorluğunun İnfrasturuktur Xidmətlərinin İdarəedilməsi Departamentinin Sistem İnfrasturukturu Şöbəsinə “Sistem İnzibatçısı-Aparıcı mütəxssis” vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
- İş yeri: Bakı şəhəri, Azure biznes mərkəzi
- İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
Tələblər:
- Ali Təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Vəzifə öhdəlikləri:
- Server, yaddaş ehtiyyat nüsxələnmə və bulud sistemlərinin gündəlik işinə nəzarət etmək, nasazlıqları vaxtında aşkar edərək aidiyyəti üzrə bildirmək.
- Sistem infrastrukturunda baş verən texniki problemləri qeydiyyata almaq və ilkin diaqnostikanı aparmaq.
- İnfrastruktur resurslarının istifadəsini izləmək və aidiyyəti rəhbərlərə hesabatlar təqdim etmək.
- İnfrastruktur resurslarının istifadəsini izləmək və aidiyyəti rəhbərlərə hesabatlar təqdim etmək.
- Təsdiqlənmiş dəyişiklik planlarına əsasən sistem və infrastruktur dəyişikliyində iştirak etmək.
- İnfrastruktur aktivlərinə aid əsas məlumatların və sənədlərin aktuallığını qorumaq və yeniləmək.
- Mövcud skriptlərin və avtomatlaşdırma alətlərinin istifadəsini dəstəkləmək, ehtiyac olduqda kiçik dəyişikliklər etmək.
- Fövqəladə insidentlər zamanı ilkin texniki dəstək vermək və vəziyyət haqqında vaxtında məlumat çatdırmaq.
- Bulud əsaslı xidmətlərin (Azure, M365) gündəlik əməliyyat dəstəyində iştirak etmək.
- VMware əsaslı virtual infrastrukturun gündəlik əməliyyat dəstəyində iştirak etmək.
- Sistem infrastruktur təchizatçıları ilə əlaqə saxlayaraq texniki məsələləri operativ şəkildə yönləndirmək.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Sistem inzibatçısı aparıcı mütəxəssis” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.