İşin təsviri
- Tədarük və sifariş planlama proseslərinin effektiv və strateji idarə edilməsi
- Satış proqnozlarına uyğun məhsul təminatının planlaşdırılması
- Təchizatçılarla əməkdaşlığın idarə olunması
- ERP sistemləri üzərindən nəzarət və hesabatların hazırlanması
- Daxili funksiyalararası koordinasiyanın təmin olunması
Namizədə tələblər:
- Ali təhsil
- Minimum 5 il təcrübə, o cümlədən rəhbər vəzifədə işləmək bacarığı
- Xarici dil biliyi: İngilis dili biliyi mütləqdir.
- Analitik düşünmə qabiliyyəti və komanda ilə işləmə bacarığı.
- MS Excel biliyi
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Tibbi sığorta
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tədarük Zənciri şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını careers@rossmann.az elektron poçt ünvanına göndərə bilərlər.