Təhlükəsizlik Əməliyyatları Mərkəzinin Aparıcı Analitiki

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

“Veysəloğlu” MMC İnformasiya Texnologiyaları Direktorluğunda, “Təhlükəsizlik Əməliyyatları Mərkəzinin Aparıcı Analitiki” vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

Vəzifə öhdəlikləri:

  • L1 tərəfdən eskalasiya olunmuş SIEM incidentlərini araşdırmaq
  • SIEM qaydalarının yazılması və mövcud qaydalarda “rule tuning”
  • DLP sistemini təkmilləşdirilmək və dəyişən infrastruktura uyğunlaşdırmaq
  • Kibertəhdidlərin kəşfiyyatı (CTI) sistemindən daxil olmuş insidentləri analiz etmək və cavab tədbirlərini təşkil etmək
  • Sosial mühəndislik (fişinq simulyasiları) kampaniyalarını həyata keçirmək
  • SIEM, XDR, NGFW və digər həllər vasitəsilə log və insident bildirişlərini analiz etmək, əlaqəli hadisələri korrelyasiya etmək
  • Zərərli proqram təminatları, imtiyazların sui-istifadəsi və məlumat sızması ilə əlaqəli insidentləri araşdırmaq
  • Şirkət daxilində informasiya təhlükəsizliyi üzrə standartların və siyasətlərin tətbiqini monitorinq etmək

Tələblər:

  • SIEM həlləri ilə bağlı təcrübə (QRadar arzuolunandır)
  • DLP həlləri ilə işləmə bacarığı;
  • EDR/XDR həlləri ilə işləmə bacarığı;
  • NGFW, WAF haqqında biliklərin olması;
  • Əməliyyat sistemləri və şəbəkə təhlükəsizliyi barədə biliklər;
  • Azure Cloud, Azure WAF, Compliance Manager, Intune bilikləri (arzuolunandır);
  • Azure CLI/PowerShell bilikləri (arzuolunandır)
  • Azərbaycan dili, ingilis dili (texniki) biliklərinə;
  • Beynəlxalq təhlükəsizlik sertifikatları (BTL1/2, CySA+, Security+, AZ-500)

Şəxsi keyfiyyətlər:

  • Problemlərin həll olunmasında kreativ yanaşma.
  • Komandada işləmək bacarığı.
  • Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.

Təkliflər:

  • Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
  • Təlim və sertifikat proqramlarına dəstək.
  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: – Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Təhlükəsizlik Əməliyyatları Mərkəzinin Aparıcı Analitiki” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.