Texniki Xidmət üzrə Mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

“Veysəloğlu” MMC Şirniyyat-2 Kateqoriyası üzrə İdarəedici Direktorluqda, “Texniki Xidmət üzrə Mütəxəssis” vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək

Vəzifə öhdəlikləri:

  • Mexaniki, elektrik və elektronika avadanlıqlarının təmiri və texniki xidmət
  • Avtomatika sistemləri (maqnitişəsalıcı, rele, kontroller və s.) üzrə işlərin düzgün işləməsini təmin etmək və texniki problemlərin operativ həlli
  • Verilən texniki tapşırıqların dəqiq və vaxtında yerinə yetirmək
  • Ərazidə yoxlama işlərini həyata keçirmək.
  • Kollektivlə effektiv ünsiyyət qurmaq, komanda daxilində koordinasiyanı təmin etmək.
  • İstehsalat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə aparılmasına dəstək göstərmək.

Tələblər:

  • Təhsil (elektrik, elektronika və ya əlaqəli sahə üzrə).
  • Mexaniki, elektrik və elektronik avadanlıqların təmiri sahəsində minimum 2 il iş təcrübəsi.
  • Avtomatika bilikləri (maqnitişəsalıcı, rele, kontroller və digər əlaqəli sistemlər).
  • Servis-xidmət sahəsində iş təcrübəsi.
  • Ərazidə yoxlama işlərinin aparılması üçün şəxsi avtomobilə malik olmaq.
  • Yaxşı ünsiyyət və kollektivdə işləmək bacarığı.
  • Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür)

Əmək haqqı: Müsahibə əsasında təyin edilir

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ödənişi.

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Texniki Xidmət üzrə Mütəxəssis” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.