Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Funksiya: Maliyyə Direktorluğu/Mühasibatlıq Departamenti/Kassa şöbəsi

Vəzifə öhdəlikləri:

  • Əməliyyat günü ərzində əməliyyat kassalarına daxil olan pul vəsaitlərinin sayımını həyata keçirmək;
  • Vəsaitləri, müşayiətedici akt və digər sənədləri yoxlamaq və sənədlərdə göstərilən məlumatların sayım nəticəsi ilə uyğunluğundan əmin olmaq;
  • Müşayiətedici sənədlərdə səhvlər, artıqlıq və ya əskiklik olduqda bu fərqi müvafiq qaydada qeydiyyata almaq və hesabat verdiyi instansiyaya təhvil vermək;
  • Sayım kassasının işində yaranmış əlavə funksiyaların yerinə yetirilməsində iştirak etmək;
  • İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək

Vəzifə tələbləri:

  • Ali və ya orta ixtisas təhsili (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə arzuolunandır);
  • Kassa əməliyyatları və ya maliyyə sahəsində iş təcrübəsi arzuolunandır;
  • Nağd vəsaitlərin sayımı və yoxlanılması üzrə bilik və bacarıqlar;
  • Maliyyə və müşayiətedici sənədlərlə işləmə bacarığı;
  • Yüksək dəqiqlik, diqqətlilik və məsuliyyətlilik;
  • Komandada işləmə və operativlik bacarığı;

İş şəraiti

  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Təminatlar:

  • Servis xidməti
  • Nahar təminatı

Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Xəzinadar” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.