Direktor (Təlim-tədris mərkəzi)

Bu gün

İşin təsviri

Təsvir

Mərkəzimizin konsepsiyası xarici dillər və müxtəlif peşə sahələri üzrə peşəkar təlim proqramlarının təşkilindən ibarətdir.

Vəzifə öhdəlikləri:

– Mərkəzin ümumi fəaliyyətinin idarə olunması və inkişaf strategiyasının formalaşdırılması;

– Təlim-tədris proqramlarının planlaşdırılması və keyfiyyətinə nəzarət edilməsi;

– Təlimçi və müəllim heyətinin seçilməsi, qiymətləndirilməsi və inkişafının təmin edilməsi;

– Yeni təlim proqramlarının hazırlanması və bazar ehtiyaclarına uyğunlaşdırılması;

– Mərkəzin marketinqsatış strategiyasının formalaşdırılmasında iştirak etmək;

– Tələbə qəbul prosesinin təşkili və effektivliyinin artırılması;

– Maliyyə göstəricilərinə nəzarət və büdcənin idarə olunması;

– Mərkəzin tərəfdaş şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;

– Tədris və inzibati heyətin fəaliyyətinin koordinasiyası və performansına nəzarət;

– Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.

Tələblər

Kvalifikasiya tələbləri:

– Təhsil: Ali təhsil (idarəetmə, biznes, təhsil və ya əlaqəli sahələr üzrə üstünlükdür)

– İş təcrübəsi:

Təlim-tədris şirkətlərində, təhsil mərkəzi və ya oxşar sahədə idarəetmə üzrə minimum 2-3 il iş təcrübəsi;

Tələb olunan bilik və bacarıqlar:

– Liderlik və təşkilatçılıq bacarığı;

– Strateji düşünmə və qərarvermə bacarığı

– Ünsiyyət və təqdimat bacarığı;

– Analitik düşünmə bacarığı;

– Problem həll etmə və nəticəyönümlülük bacarığı;

– Məsuliyyətlilik və təşəbbüskarlıq;

– Satış və biznes inkişafı üzrə biliklər;

– Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı;

– İngilis dili biliyi – C1;

– Rus dilində ünsiyyət bacarığı üstünlükdür.

Təklif edirik:

  • Əmək haqqı: Razılaşma yolu ilə (Namizədin bilik,bacarıq və təcrübəsinə əsasən təyin edilir);
  • İş saatı: 09.00-18.00;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Gənc və peşəkar komanda ilə dinamik iş mühiti.

📩 Müraciət qaydası:

Tələblərə cavab verən namizədlər “Direktor(Təlim-tədris mərkəzi)” başlığı ilə öz CV-lərini hr@visionacademy.az elektron poçt ünvanına göndərə bilərlər.