İşin təsviri

İş yeri: Vision Academy

Vəzifə Öhdəlikləri:

  • Gündəlik maliyyə əməliyyatlarının (nağd və nağdsız) dəqiq qeydiyyatının aparılması;
  • Gəlir və xərclərin uçotunun sistemli şəkildə həyata keçirilməsi;
  • Vergi (ƏDV, Mənfəət, Sadələşdirilmiş və s.), DSMF və Statistika hesabatlarının hazırlanması və müvafiq orqanlara vaxtında təqdim edilməsi;
  • Müqavilələrin tərtib olunması, qeydiyyatı və icrasına nəzarət edilməsi;
  • Bank əməliyyatlarının (ödənişlərin həyata keçirilməsi, çıxarışların yoxlanılması) icrası və nəzarəti;
  • Kassa əməliyyatlarının (nağd pulun qəbulu, verilməsi, kassa kitabının aparılması) tələblərə uyğun aparılması;
  • Kassa limitlərinə riayət edilməsi və kassa intizamının təmin olunması;
  • Nağd pul vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi;
  • Ödəniş tapşırıqlarının hazırlanması və icrası;
  • Debitor və kreditor borcların uçotunun aparılması və nəzarəti;

Tələblər:

  • Ali təhsil (Maliyyə, Mühasibat Uçotu və Audit ixtisasları üzrə üstünlük verilir);
  • Mühasibatlıq və ya mühasib-xəzinədar sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • 1C proqramında və ya digər mühasibat proqramlarında (SAP, Logo və s.) sərbəst işləmək bacarığı;
  • Vergi Məcəlləsi və əlaqədar qanunvericilik barədə biliklər;
  • MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı;
  • Diqqətlilik, məsuliyyətli yanaşma və analitik düşünmə qabiliyyəti;
  • Komandada işləmək bacarığı və yüksək ünsiyyət qurma qabiliyyəti;
  • Xanım namizədlərə üstünlük verilir;

İş Şərtləri:

  • İş yeri: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A;
  • İş qrafiki: 6 günlük iş;
  • Əmək haqqı: 600-800 azn;
  • Rəsmi qeydiyyat: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun;
  • Peşəkar inkişaf imkanları və mehriban iş mühiti.

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Əməliyyatçı Mühasib” başlığı ilə hr@visionacademy.az elektron poçt ünvanına göndərə bilərlər.