İşin təsviri
- Bankdaxili qayda və prosedurlarına əsasən fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərilməsi;
- ARİKZF və Bankındaxili qaydalara uyğun olaraq İpoteka krediti üzrə müraciətlərinin qəbulu, təhlilin aparılması, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
- İpoteka kreditləri üzrə ödənişlər barədə mütəmadi təhlillər apararaq və ödənişlərin vaxtında icra olunmasının təmin edilməsi;
- İpoteka kreditləri üzrə sığorta portfelinə və ödənişlərin icra olunmasına nəzarət, müqavilələrinin vaxtında uzadılmasının təmin edilməsi;
- İpoteka kreditləri üzrə öhdəliyin ötürülməsi, girovun dəyişməsi və s. xidmətlərin göstərilməsi;
- Digər pərakəndə bank məhsullarının satışının həyata keçirməsi və yeni müştərilərin cəlb olunması istiqamətində xidmətlərin göstərilməsi.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 2 il iş təcrübəsi arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dil biliyi arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;