Bakı filialları – Müştəri xidməti şöbəsinin mütəxəssisi

İşin təsviri

· Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;

· Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;

· Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;

· Kredit müraciətlərinin qəbulu və analizi;

· Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi;

· Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;

· Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;

· Kredit sənədlərinin tərtibi;

· Kredit portfelinə nəzarət və idarə etmək;

· Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Tələblər

• Maliyyə, İqtisadiyyat, Menecment və Hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);

• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

• Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;

• Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;

• Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;

• Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;

• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;

• Riyazi hesablama aparmaq qabiliyyəti;

• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

• Kompüter bilikləri.