İşin təsviri
Təsvir
- Bank xidmət və məhsullar üzrə performans metriklərinin (ROI, istifadə göstəriciləri və s.) izlənilməsi və dövri analitik hesabatların hazırlanması;
- Bazar, müştəri və digər data əsasında məhsulun təkmilləşdirilməsi üzrə analitik təkliflərin hazırlanması və biznes-case-lərin formalaşdırılması;
- Alternativ xidmət kanallarının (terminal şəbəkəsi, məsafədən və rəqəmsal bankçılıq xidmətləri) səmərəliliyinin analitik təhlili;
- Bank fəaliyyətinin müxtəlif sahələrinə dair analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Bankın əməliyyat tariflərində nəzərdə tutulan dəyişikliklərin iqtisadi təhlili və nəticələrin hesabatlı şəkildə təqdim olunması.
Tələblər
- Magistr təhsili;
- Biznes analitikası, məhsul idarəetməsi və bank məhsulları üzrə minimum 2 illik iş təcrübəsi;
- Analitik düşünmə qabiliyyəti, güclü təhlil və riyazi bacarıqlar, məlumat təhlilinin bütün mərhələlərini idarəetmə bacarığı;
- Hesabatlılıq və təqdimat bacarıqları;
- MS Excel-də peşəkar səviyyədə işləmə bacarığı, Oracle SQL üzrə baza bilikləri;
- Tableau və ya Power BI üzrə data vizuallaşdırma bacarıqları;
- Komanda işinə uyğunlaşma və bankın müxtəlif funksional strukturları ilə əməkdaşlıq bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar və yüksək təqdimat bacarığı;
- İşdə dəqiqlik, detallara diqqət və məsuliyyətlilik;
- Azərbaycan dilində səlis, ingilis dilində yaxşı səviyyədə biliklər.