İşin təsviri
- Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlər etmək və potensial müştərilərlə görüşlər təşkil etmək;
- Pərakəndə məhsullarla bağlı təqdimatların hazırlanması və görüşlərdə təqdimatla çıxış etmək;
- Bankın kredit və qeyri-kredit məhsullarının təbliğatı məqsədilə müştərilərə məlumatlar təqdim etmək;
- Bankın tələblərinə uyğun olan müştərilərin banka cəlb edilməsini təmin etmək;
- Müştəri təhlilini həyata keçirilməsi, müştəriyə uyğun bank məhsullarının və xidmətlərinin təklifi;
- Kredit məhsulları ilə bağlı maraq göstərmiş müştərinin maliyyə təhlilini həyata keçirmək;
- Rəhbərlik tərəfindən verilən digər sorğuların icrası;
- Satış prosesi ilə bağlı statistik və digər məlumatları müəyyən olunmuş qaydada təqdim etmək.
Tələblər
- Ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Birbaşa satış üzrə iş təcrübəsinin olması arzuolunandır;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Müştərilərlə kommunikasiya və satış qabiliyyəti;
- Qərar qəbuletmə bacarığı;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli.