Biznesin İnkişafı İdarəsinin Pərakəndə bankçılıq şöbəsinin mütəxəssisi (Kredit analitikası üzrə)

İşin təsviri

· Daxil olmuş istehlak krediti müraciətlərini qəbul və təhlil etmək;

· Aparılmış analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;

· Daxil olmuş müraciətlərin lazımi tələblərə və limitlərə cavab verilməsinə nəzarət edilməsi;

· Bankın filiallarının kredit bölmələrinin əməkdaşlarına istehlak kreditləri ilə bağlı lazımi məsləhətlərin verilməsi və onların işinə nəzarət edilməsi

· Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi.

Tələblər

· Maliyyə, menecment, iqtisadiyyat, idarəetmə istiqaməti üzrə magistr təhsilin olması;

· Ən azı 2 il bankda müvafiq sahədə iş təcrübəsi;

· Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;

· Microsoft Office proqramlarından istifadə bacarığı;

· Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;

· Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;

· İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;

· Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.