Biznesin İnkişafı İdarəsinin Reklam və ictimai əlaqələr şöbəsi

İşin təsviri

· Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə işin təşkili və əlaqələndirilməsi;

· Reklam kanallarının araşdırılması (internet, tv, radio, jurnal, qəzet), reklam daşıyıcılarının məhsul və xidmətə görə seçilməsi;

· Məhsul və xidmətlər barəsində məlumatların media vasitələrinə ötürülməsi prosesində birbaşa iştirak;

· Mətbuat üçün rəsmi xəbər materiallarının hazırlanması;

· Bank haqqında KİV-də yerləşdirilməli olan məlumatların hazırlanması;

· KİV nümayəndələri ilə əlaqə qurulması və zəruri məlumatların mətbuat orqanlarında yerləşdirilməsi;

· Bankın çap-reklam məhsullarının hazırlanması işinin təşkili;

· Bankdaxili və çöl reklamlarının hazırlanması ilə bağlı təkliflərin verilməsi;

· Reklam vasitələrinin monitorinqi;

· Reklam daşıyıcılarının bankın “Brand Book”u ilə uyğunluğuna nəzarət edilməsi;

· Bankın müsbət imicinin formalaşması və onun daima yaxşılaşdırılması istiqamətində fəaliyyət.

Tələblər

· İqtisadiyyat, maliyyə, menecment istiqaməti üzrə magistr təhsilin olması;

· Analoji sahədə ən azı 3 il iş təcrübəsi;

· Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dili arzuolunandır);

· Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;

· Yüksək kommunikasiya qabiliyyəti, təqdimat bacarığı;

· Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;

· Komandada işləmək bacarığı;

· İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;

· Kreativlik