Daxili Nəzarət İdarəsinin Korporativ Nəzarət və Daxili Araşdırma Şöbəsi

İşin təsviri

· Kurasiyasında olan filial/şöbələrin fəaliyyətinə ümumi şəkildə nəzarət edilməsi;

· Şöbənin işi ilə əlaqədar daxili qeydiyyat cədvəllərinin doldurulması və müvafiq dəyişikliklərin edilməsi;

· Filial/şöbələrin fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən tələb olunan məlumatların təqdim edilməsi;

· Filial/şöbələrin fəaliyyəti ilə bağlı aylıq hesabatların hazırlanması;

· Şöbə tərəfindən tərtib edilən hesabatlar üçün tələb olunan məlumatların/hesabatların kurasiyasında olan filial/şöbələrdən toplanılması;

· Kurasiyasında olan filial/şöbələrdən daxil olan sualların şöbənin səlahiyyətləri çərçivəsində olduqda cavablandırılması, əks halda müvafiq struktur bölmələrə yönləndirilməsi;

· Rəhbərliyin filial/şöbələrin rəhbərləri ilə görüşlərinin təşkil edilməsi, görüşlərin nəticələrinin hesabat formasında rəhbərliyə təqdim edilməsi;

· İdarə rəisinin və şöbə rəisinin ona həvalə etmiş olduğu digər vəzifələrin həyata keçirilməsi.

Tələblər

· İqtisadiyyat, maliyyə və hüquq sahəsi üzrə ali magistr təhsili;

· Analoji sahədə 2 il iş təcrübəsi;

· Hərbi xidməti bitirməsini və ya möhlət hüququnun olmasını təsdiq sənəd (oğlanlar üçün);

· Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

· Hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;

· Dil bilikləri: ingilis və rus dili orta səviyyədə.