Hesablaşmalar İdarəsinin Hesablaşmalar şöbəsi

İşin təsviri

Təsvir

· Bankın əməkdaşlıq etdiyi Fondların elektron sistemləri üzrə əməliyyatların icrasını təmin etmək;

· Dövlət Fondlarının (ARİKZF, ABİF) vəsaiti hesabına verilmiş kreditlərin Bankın əməliyyat sistemində düzgün təsnifləşdirilməsinə nəzarət etmək;

· Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə ödəniş məlumatlarının (XML formatında) Bankın əməliyyat sisteminə yüklənməsini təmin etmək;

· Dövlət Fondları (ARİKZF, ABİF) ilə Bankın əməliyyat sistemində yarana biləcək uyğunsuzluqların aradan qaldırılmasını təmin etmək;

· İpoteka və fond kreditləri üzrə faizlərin Bankın əməliyyat sistemində düzgün hesablanmasına nəzarət etmək, ödənişlərin icrasından sonra yarana biləcək uyğunsuzluqların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etmək.

· Bankın əməkdaşlıq etdiyi Fondlardan daxil olan vasaitlərin müxabirləşdirilməsi üzrə əməliyyatları icra etmək;

· Şöbənin fəaliyyəti ilə əlaqədar İdarə rəisi/müavin(lər)nin verdiyi, həmçinin, iş prosesi zamanı yaranan digər tapşırıqları yerinə yetirmək.

Tələblər

· Maliyyə və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilinin olması;

· Bankda Kredit sahəsində minimum 3 il iş təcrübəsi (ARİKZF və ABİF ilə iş təcrübəsi arzuolunandır)

· Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

· Bank hesabları üzrə məlumatlı olması

· Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;

· Stressə davamlılıq, komandada işləmə bacarığı;

· Yüksək qavrama və öyrənmə qabiliyyəti;

· Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

· Xarici dil bilikləri arzuolunandır.