Hesablaşmalar İdarəsinin İdxal və ixrac əməliyyatlarının emalı şöbəsi

İşin təsviri

  • Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalarına və digər qanunvericilik aktlarına uyğun xarici valyuta ödənişlərinin təsdiqedici sənədlər əsasında yoxlanılması və daxili qaydalara əsasən işin aparılması
  • İdxal əməliyyatları üzrə yük gömrük bəyannamələrinin düzgünlüyünün yoxlanılması və sistemə daxil edilməsi
  • Konsiqnasiya əməliyyatları üzrə sənədlərin təhlili və emalı
  • Hesabatların hazırlanması

Tələblər

  • Ali magistr təhsili;
  • Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
  • Xarici valyuta köçürmələrinin həyata keçirilməsi üçün müvafiq qanunvericilik aktlarını bilmək;
  • Ölkənin qanunvericiliyində olan dəyişikliklərə çevik reaksiya verərək onları bankın işində lazımi dəyişikliklər etməklə tətbiq etmək;
  • Biznes proseslərinin avtomatlaşdırılması üçün banka dəstək olmaq;
  • İşində dəqiq və məsuliyyətli olmaq;
  • Tədiyə balans kodlarını bilmək;
  • İngilis dili biliyi;
  • Rus dili biliyi;
  • MS Excel biliyi.