İnformasiya Texnologiyaları İdarəsinin Sistemlərin idarə edilməsi şöbəsinin mütəxəssisi (Linux)

İşin təsviri

● İT sistemlərinin daimi monitorinqi;

● Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;

● Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması;

● Mövcud servislərin dayanaqlılığını təmin etmək;

● Bütün dəyişikliklərin sənədləşdirilməsi;

● Bütün tapşırıqların task sistemi üzərində qeydiyyatı və icrası;

● İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsində iştirak edir;

● 24/7 mövcudluğu;

● Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;

● İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.

Tələblər

● İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;

● Red Hat (RHCSA, RHCE), VMware Certified Professional (VCP) sertifikatlarına sahib olması arzuolunandır.

● Opensource istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə;

● Linux əməliyyat sistemlərinə (müxtəlif distrubitivlər – RedHat, CentOS, Debian) dair nəzəri və praktiki biliklər – inzibatçılıq səviyyəsində;

● Python ilə təcrübə;

● Proxy və web server-lərlə bağlı iş təcrübəsi – HAProxy, Nginx, Apache və s;

● Configuration Management tool-larla təcrübə – Ansible, Chef, Puppet;

● Openshift – container platforması üzrə ən azı 1 il iş əcrübəsi;

● Docker container-lərlə əlaqəli bilik və iş təcrübəsi;

● Bash Script-lə praktiki biliklər;

● Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware;

● İngilis və rus dilləri üzrə biliklər;

● İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək;

● Sahə üzrə iş təcrübəsi ən azı 3 il təcrübə.