Korporativ Satış İdarəsinin Korporativ biznes şöbəsinin Müştəri Təmsilçisi

İşin təsviri

Yeni korporativ müştərilər cəlb etmək;

· Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;

· Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;

· Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;

· Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;

· Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;

· Görülmüş işlər üzrə hesabat vermək.

Tələblər

· Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;

· Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);

· Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;

· Yüksək səviyyədə satış bacarığı;

· Maliyyə hesabatlarının təhlil etmə bacarığı;

· Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.