Korporativ Satış İdarəsinin Satışa dəstək şöbəsinin mütəxəssisi (hüquq üzrə)
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Oxşar aktiv elanlar
- Məhkəmə işləri üzrə aparıcı hüquqşünasOBA marketlər şəbəkəsi · 28 oktyabr 2026
- Hüquq İdarəsi/Müqavilələrin rəsmiləşdirilməsi üzrə mütəxəssisAzərbaycan Hava Yolları (AZAL) · 23 oktyabr 2026
- Hüquq İdarəsinin Bank fəaliyyətinin hüquqi təminatı şöbəsinin aparıcı mütəxəssisiXalq Bank · 19 oktyabr 2026
- Hava Limanında Hüquqşunas"VİP Xidmətlər Qrupu" MMC · Dünən
- HüquqşünasFalcon Finance · 2 gün əvvəl
- Risk və komplayens meneceriGroup Motors · 2 gün əvvəl
Vakansiya haqqında
Təsvir
· Kredit və təminat müqavilələrinin bağlanması üçün zəruri olan korporativ qərarların (Səhmdarların Ümumi Yığıncağının protokolu, Müşahidə Şurasının və ya Direktorlar Şurasının qərarı və s.) qanunvericiliyə və nizamnaməyə uyğunluğunu yoxlamaq, nizamnamələri təhlil etmək, etibarnamələrlə işləmək;
· Korporativ müştərilərlə bağlanan kredit//kredit xətləri, ipoteka//girov müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
· Bankda kredit axınının sürətli olmasını nəzərə alaraq, müqavilə paketlərinə qısa müddətdə, lakin heç bir hüquqi boşluq buraxmadan rəy vermək;
· Daxil olan sorğulara hüquqi rəy verilməsində iştirak etmək.
Tələblər
· Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (Magistr dərəcəsi üstünlükdür);
· Azərbaycan Respublikasının Mülki Məcəlləsini (xüsusilə öhdəliklər, kredit, girov, ipoteka, zaminlik institutları), həmçinin Mərkəzi Bankın kredit əməliyyatları və risklərin idarə edilməsi ilə bağlı normativ aktlarını bilmək;
· Daşınmaz əmlakın dövlət reyestri, daşınar əmlakın reyestri və notariat kontorları ilə işləmə təcrübəsinə malik olmaq;
· Bank sektorunda və ya bankların hüquq departamentlərində məhz kredit və təminat müqavilələri sahəsində ən azı 2-4 il iş təcrübəsi;
· Kredit mütəxəssisləri, risk menecerləri və filial şəbəkəsi ilə operativ koordinasiya qurmaq bacarığı.
Əlavə məlumat
- Təcrübə: 1-2 il
- Vəzifə səviyyəsi: Mütəxəssis
- Təhsil: Magistr