Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi

İşin təsviri

· Bankın müvafiq bölmələrinin və banka nəzarətedici orqanın və ya bankla əməkdaşlıq edən təşkilatların (dövlət orqanları və s.) tələbi ilə lazımi hesabat və arayışların hazırlanması, təhlili və təqdim edilməsi, sorğuların cavablandırılması;

· Bankın kredit portfelinin müxtəlif meyarlar üzrə təsnifləşdirilməsi və ayrı-ayrı dövrlər üzrə müqayisəli təhlilinin aparılması məqsədilə hesabatların hazırlanmasının və təqdim olunmasının təmin edilməsi;

· Effektliyin artırılması məqsədilə hesabatların hazırlanması prosesinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;

· Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması.

· Hesabatların avtomatlaşdırılması üçün aidiyyatı funskional strukturlar ilə işlərin aparılması:

· Bankın kredit sahəsi üzrə təhlillər aparılması və detallı, geniş analitik hesabatların hazırlanması;

· Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi.

Tələblər

· Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə ali magistr təhsili;

· Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);

· Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;

· Bank təcrübəsi olanlara üstünlük verilə bilər (kiçik mütəxəssis tələbi üzrə);

· Microsoft Office proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə peşəkar səviyyədə Microsoft Excel-dən istifadə bacarığı);

· SQL proqramlaşdırma dili və Power BI üzrə biliklərin olması arzuolunandır;

· Bank modulları (əsasən FlexCube), BI prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi (kiçik mütəxəssis tələbi üzrə);

· Bank proqram təminatlarına yüksək adaptasiya qabiliyyəti;

· Güclü analitik, alqoritmik düşünmə və riyazi hesablama aparmaq qabiliyyəti;

· Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək qabiliyyəti;

· Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq, digər əməkdaşlarla biliklərini bölüşmək qabiliyyəti;

· İşdə dəqiqlik, məsuliyyətlilik, təqdimat bacarığı və detallara fikirvermə qabiliyyəti;

· Yüksək qavrama, öyrənmə, yenilikləri intensiv və dərindən mənimsəmə qabiliyyəti.