Kredit İdarəsinin İstehlak kreditlərinin təhlili şöbəsinin mütəxəssisi

İşin təsviri

• Bankın elektron sistemlərində istehlak kreditləri üzrə işlərin aparılması;

• Istehlak kreditləri üzrə Kredit İdarəsinə daxil olmuş müraciətlərin təhlili;

• Təqdim olunmuş kredit layihələrinin bankın daxili qaydalarına və Mərkəzi Bankın istehlak kreditləri tənzimləyən normativ aktlara uyğunluğunun yoxlanılması, aparılmış maliyyə-iqtisadi analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə qərar verilməsi üçün müaviq struktura təqdim olunması;

Tələblər

·     İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;

·     Bankda Kredit sahəsində minimum 3 il iş təcrübəsi;

·     Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

·     Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;

·     Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

·     Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

·     Yüksək qavrama və öyrənmə qabiliyyəti;

·   Müvafiq sahə üzrə Mərkəzi Bankın qaydalarını dərindən bilən və bununla bağlı yenilikləri daim izləyən namizədlərə üstünlük veriləcək;

Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.