Maliyyə İdarəsi Maliyyə təhlili və İdarəedici hesabatlılıq şöbəsinin baş mütəxəssisi

İşin təsviri

· Bank rəhbərliyinin və Komitələrin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi;

· Bank məhsul və xidmətləri üzrə maya dəyərinin hesablanması və analitik təhlili;

· Bankın müştəriləri və məhsulları üzrə rentabelliyin ölçülməsi;

· Bankın dövrü maliyyə nəticələri, trendlər və əmsal analizi ilə bağlı analitik qrafiklərinin (dashboardların) hazırlanması və təhlili;

· Bankın sektora və rəqiblərə nəzərən mövqeyi və bazar payı üzrə təhlilin həyata keçirilməsi;

· Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması;

· Gəlirlərin artırılması və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək.

Tələblər

· Maliyyə və İqtisadiyyat (və ya uyğun sahələr üzrə) üzrə magistr təhsili;

· Maliyyə sektorunda (Maliyyə, Risklərin İdarə Olunması və ya Xəzinədarlıq üzrə) minimum iki il təcrübə;

· Beynəlxalq Sertifikatlara (xüsusilə CFA və ya FRM) sahib olunması xüsusi üstünlükdür;

· Ofis proqramları üzrə yüksək səviyyədə işləmək bacarığı (xüsusilə MS Excel);

· Analitik və riyazi düşünmə qabiliyyətinin yüksək olması;

· Kommunikasiya qabiliyyətinin yüksək olması;

· Komanda ilə işləmək bacarığı.