Maliyyə İdarəsinin Strateji Planlama şöbəsinin mütəxəssisi/baş mütəxəssisi

23 Yanvar 2026

İşin təsviri

· Bazar xüsusiyyətlərini və trendləri (bazar seqmentləri, artım templəri, inkişaf istiqamətləri, rəqabət üstünlüyü və s.) təhlil etmək, bankın strateji inkişaf istiqamətini və tövsiyyələrini formalaşdırmaq,

· Bankın strategiyasından irəli gələn strateji təşəbbüsləri müəyyən etmək, strateji planı hazırlamaq və rəhbərliyə təqdim etmək,

· Bankda Strateji təşəbbüslərinin icra səmərəliliyinin artırılması və icra zamanı müəyyən edilən maneələrin, çətinliklərin aradan qaldırılması istiqamətində tədbirlər görmək,

· Bankın strategiyasından irəli gələn Strateji hədəfləri mütəmadi olaraq təhlil etmək, onların yenilənməsi ilə bağlı təkliflər hazırlamaq,

· Strateji hədəfləri Bankın müvafiq strukturlarının əsas fəaliyyət göstəriciləri (“KPI”) ilə əlaqələndirmək və zəruri təhlillər aparmaq,

· Strateji təşəbbüslərin icrasının monitorinqini və qiymətləndirilməsini aparmaq,

· Şöbənin fəaliyyətinin nəticələri barədə müvafiq hesabatlar və təqdimatlar hazırlamaq.

Tələblər

· Biznesin İdarə Edilməsi/İqtisadiyyat/Maliyyə üzrə magistr təhsili;

· Strateji planlama sahəsində və ya Bankın əlaqəli struktur bölmələrində iş təcrübəsi;

· Ofis proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə Power Point və MS Excel);

· İdarəetmə, iqtisadi və maliyyə sahəsində bilik və bacarıqlar;

· Xarici dil biliyi (xüsusilə İngilis dili) – orta səviyyədə;

· Strateji və analitik düşünmə;

· Komunikasiya və təqdimat bacarıqları;

· Komanda ilə işləmək bacarığı.