Ödəniş Alətləri İdarəsinin Kart əməliyyatları şöbəsi

İşin təsviri

· Prossesinq Mərkəzi ilə müvafiq sistemdə fayl mübadiləsini həyata keçirmək;

· Yeni kart məhsullarının yaradılması və mövcud məhsullar üzrə tarif, limit və s. göstəricilərin dəyişdirilməsi ilə bağlı Prossesinq Mərkəzinə müraciətlərin göndərilməsi;

· Banka məxsus kart hesabları və bankomatlar, POS-terminallar və s. üzrə həyata keçirilən əməliyyatların müvafiq prossesinq mərkəz(lər)indən alınmış mübadilə fayllarını kart moduluna və Bank Əməliyyat Sisteminə yüklənməsi;

· Ödəniş kartları və ya onların rekvizitlərinin istifadə etməklə keçirilən əməliyyatlar üzrə çağrı mərkəzindən, bankın filiallarından, yerli və xarici banklardan daxil olan sorğuları araşdırmaq və icrası üzrə lazım olan tədbirləri görmək;

· Banka məxsus kart hesab qalıqlarının bankdaxili sistemlər və prosessinq mərkəzi ilə sinxronlaşdırılmasına nəzarət;

· Kart modulunda əməliyyat günün bağlanması;

Tələblər

· Ali magistr təhsili ;

· Bank təcrübəsi (1-2 il) , Ödəniş kartları, mübahisə və etiraz sorğuları sahələri üzrə iş təcrübəsi arzuolunandır);

· Azərbaycan dili, İngilis və rus dillərini bilməsi arzuolunandır;

· Analitik düşünmə bacarığı;

· Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

· İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

· Excel proqramı üzrə əsas bacarıqlar ;

· MS Office bilikləri;