İşin təsviri
Təsvir
- Müştəri əməliyyatlarının gündəlik monitorinqini həyata keçirmək.
- Şübhəli əməliyyatları müəyyən edərək təhlil etmək.
- Anti-fraud sistemləri tərəfindən yaradılan xəbərdarlıqları (alerts) araşdırmaq.
- Dələduzluq əlamətləri aşkar edildikdə müvafiq tədbirlər görmək (kartın bloklanması, hesabın məhdudlaşdırılması və s.).
- Müştərilərlə əlaqə saxlayaraq əməliyyatların təsdiqlənməsini təmin etmək.
- Yeni dələduzluq sxemlərini izləmək və rəhbərliyə məlumat vermək.
Tələblər
· Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
· Bank təcrübəsi (1-2 il) (Anti-fraud və monitorinq sistemləri ilə işləmək təcrübəsi arzuolunandır)
· Şübhəli əməliyyatların izlənilməsi, araşdırılması və qarşısının alınması sahəsində bilik.
· Analitik düşünmə bacarığı
· Növbəli iş rejimində işləmək imkanı
· Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
· İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;