Problemli Kreditlərlə iş İdarəsinin Problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi

İşin təsviri

· Problemli Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;

· Əməkdaşa təhkim olunmuş portfel üzrə Problemli borcalanlar ilə görüşlərin keçirilməsi, mütəmadi zənglərin edilməsi;

· Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb edilməsi;

· Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;

· Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək, aparılmış işlərə dair portfeldə qeydlər etmək;

· Problemli borcalan barəsində məhkəməyə müraciət edilməsi ilə bağlı kredit dosyesi üzrə müvafiq sənədləri hazırlayaraq Hüquq İdarəsinə təhvil verilməsi;

· Məhkəmə müddətində problemli borcalan barəsində aparılan prosesual addımların izlənməsi və portfeldə müvafiq qeydlərin aparılması;

· Problemli borcalanlarla birbaşa görüşlərin təşkili, girov və biznesin monitorinqin həyata keçirilməsi;

· Kreditin sağlamlaşdırılması üçün təkliflərin hazırlanması;

· Analoji işlərin təşkili üçün regionlara ezam olunması.

Tələblər

· Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilinin olması;

· Analoji sahə üzrə və ya bank işi sahəsində minimum 4-6 illik iş təcrübəsi;

· Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;

· İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;

· Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;

· Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

· Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;

· Əmək funksiyalarının yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının mülki, mülki-prosessual, icra haqqında, ipoteka haqqında və digər qanunvericilik və normativ-hüquqi aktlarını, o cümlədən bankdaxili normativ aktları bilməli.