Rəqəmsal Bankçılıq İdarəsinin Rəqəmsal həllər şöbəsinin mütəxəssisi

İşin təsviri

· Yeni xidmətlərin yaradılmasında proaktiv və təşəbbüskar olmaq;

· Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izləmək və bazar araşdırmaları aparmaq;

· Rəqəmsal bankçılıq sistemində yeni xidmətlərin reallaşdırılması üçün biznes tələbləri tərtib etmək və aydın şəkildə həmkarlara izah etmək;

· İstifadəçi bazasının bankdaxili müştərilər və bazar potensialı hesabına artırılması yollarınının müəyyənləşdirməsi və tətbirlər planını hazırlaması;

· Rəqəmsal xidmətlərin ölkə bazarında əlçatanlığını, mövqeləşdirilməsi, təbliğatı, istifadə aktivliyinin artırılması üçün tədbirlər planının hazırlaması;

· Biznes-tələblərdən irəli gələn yeni prosedur-qaydaların, sənədlərin, biznes proseslərin, analitik materialların, müştəri səyahəti xəritəsinin (CJM) və təqdimatların hazırlanmasında fəal iştirak etmək;

· Verilən statistik məlumatları təhlil etmək, əsasında hesabatlar tərtib etmək , məhsul üzrə istifadə potensialını müəyyələnləşdirmək;

· Rəy və təkliflərin toplanılması üçün əsas müştəri kateqoriyasına aid olan istifadəçilərlə kommunikasiyaları genişləndirmək;

· Texnoloji partnyorluqların qurulması, Biznes inteqrasiyaları və Açıq bankçılıq həllərinin inkişafı istiqamətində işləri planlaşdırmaq və həyata keçirmək;

· Tələblərin yerinə yetirilməsi hüdudlarını müəyyənləşdirmək və istifadəçi qəbulu sınaqlarını (UAT) tərtib etmək;

· Müştərilərə xidmət göstərən struktur bölmələrinə, yeni rəqəmsal məhsul və xidmətlərin istifadəyə verilməsi zamanı təlimlərin və prezentasiyaların keçirilməsi.

Tələblər

· Ali magistr təhsili;

· Rəqəmsal maliyyə məhsullarının inkişafı sahəsində ən azı 1 il təcrübə;

· Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;

· Rəqəmsal maliyyə texnologiyaları barədə bilikli olmaq;

· Məhsulların inkişafı xəritəsinin qurulması, işlərin prioritetləşdirilməsi və planların idarəedilməsi qabiliyyəti;

· Tələblərin yığılması, dəyərləndirilməsi və “backlog”-un idarəedilməsi qabiliyyəti;

· Güclü kommunikasiya, problem həll etmə, müştəri ehtiyaclarını müəyyənləşdirmək qabiliyyəti;

· İngilis və rus dillərini bilənlərə üstünlük verilir;

· Bank və ödəniş sistemləri (Core banking, e-kommersiya, prosessinq, AÖS, ödəniş aqreqatorları və s.) barədə ümumi biliklərin olması üstünlükdür.