Stress testlərin həyata keçirilməsində iştirak (ölkə üzrə makro datanın və bankdaxili datanın toplanılması, ssenarilərin seçilməsi və s. kimi olmaqla, prosesə sonadək dəstək göstərilməsi);
GAP analizinin aparılmasında iştirak (datanın toplanılması və hesabatın dövrü olaraq yenilənməsində dəstəyin göstərilməsi);
Ölkə və dünya üzrə maliyyə bazarlarında və iqtisadiyyatda baş verən hadisələrin izlənilməsi, dövrü hesabatlıq və müvafiq rəyin hazırlanmasında iştirak;
Bankın maliyyə bazarlarında iştirakı ilə bağlı dövrü fəaliyyətinə rəy verilməsində iştirak;
Bazar və likvidlik risklərinin idarə edilməsi fəaliyyəti üzrə şöbənin gündəlik işinə müəyyən səviyyədə yardım göstərmək.
Tələblər
Ali magistr təhsili (iqtisadi və ya maliyyə);
Bank və ya əlaqəli maliyyə sektorunda minimum 3 il iş təcrübəsi;
Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və qaydaları üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır);
Aktiv, passiv, kapitalın strukturu, likvid və qeyri-likvid aktiv və öhdəliklər üzrə biliklər;
Bazar və likvidlik risklərinin idarə edilməsi üzrə nəzəri və praktiki biliklər;
Maliyyə bazarlarının fəaliyyəti və qiymətli kağızlar haqqında yetərli məlumatlılıq;
Bazar və likvidlik risklərinin idarə edilməsində istifadə olunan hesabatlar haqqında məlumatlılıq və onların yenilənməsi bacarığı (LCR, GAP analizi və s.);
Müvafiq istiqamətli stress testlərin həyata keçirilməsi yanaşmaları haqqında biliklər;
Məntiqi mühakimə və operativ qərar qəbul etmə bacarıqları;
Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək xüsusiyyəti;
Riyazi, statistik və makroiqtisadi biliklər;
Excel bilikləri vacibdir, Python və ya SQL bilikləri arzuolunandır.
İngilis dili biliyi vacibdir, rus dili arzuolunandır;