İşin təsviri
– Yaradılan və təkmilləşdirilən bank məhsulları və biznes proseslərə dair risk yönümlü qiymətləndirmə istiqamətində dəstəyin verilməsi;
– Layihələrin analizi zamanı yarana biləcək potensial riskləri müəyyən etmək və rey /report hazırlanmasını təmin etmək;
– Risk idarə etmə proseslərinin digər bankdaxili proseslər ilə birgə effektiv çalışma yanaşmalarının mexanizmlərinin müəyyən edilməsi və aidiyyati strukturlar ilə razılaşdırılması;
– Müvafiq məhdul ,proses və qaydalar üzrə sənədlərə risk yönümlü rəylərin verilməsi;
– Risk / Nəzarət funksiyasının fəaliyyəti ilə bağlı təkliflərin verilməsi və həmin təkliflərin müzakirə edilməsində iştirak etmək;
– Əməliyyat risklərinin idarə edilməsi prosesində (KRİ) risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması /eyni zamanda təkmilləşdirmə işlərinin aparılması istiqamətində təkliflər vermək
– RCSA, KRI, KCI, Risk Reyestri hazırlanmasında yaxından iştirak.
– Risklərin qiymətləndirilməsi, azladılması və qalq risk nəticəsi barədə hesabatların hazırlanması
– Bankın məhsul və xidmətlərinin təhlili;
– Risklərin müəyyən olunması,qiymətləndirilməsi və idarə olunması üzrə təkliflərin verilməsi;
– Vəzifə öhdəliklərinin icrası ilə bağlı digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə fəaliyyətgöstərmək.
Tələblər
· Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir);
· Müvafiq sahə üzrə ən azı 3 illik təcrübə;
· Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
· İngilis dili biliyi mütləqdir;
· Bank sahəsində müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
· Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
· BI və Data analitika bilikləri arzuolunandır;
· Əməliyyat riski üzrə hesabatların hazırlanması üzrə təcrübə və ya biliklər;(Risk/İnsidentleri,İstilik xəritəsi,təsir və ehtimal hesablanması və s )
· Əməliyyat riskləri üzrə ssenari analizi, Stress-testləşdirmə və əməliyyat risklərin modelləşdirilməsi üzrə biliklər;
· Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər arzuolunandır;
· Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
· Analitik düşünmə və tədqiqat bacarığı;
· Yüksək qavrama və öyrənmə qabiliyyəti;
· İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti