İşin təsviri
- Modelin Doğruluğunun Yoxlanılması: Maliyyə modellərinin daimi təsdiqlənməsi və yoxlanılması;
- Məlumat Keyfiyyətinin Təmin Edilməsi: Modellərin qurulmasında istifadə olunan məlumatların dəqiqliyi və etibarlılığına diqqət yetirmək;
- Scoring modelinin tesləşdirilməsi: Əks-yoxlamanı icra etmək və optimallaşdırma üzrə təklif etmək;
- Model Dəyişikliklərinin İzlənməsi: Modellərdə edilən dəyişikliklərin qeydiyyatının aparılması və təsirinin qiymətləndirilməsi;
- Kvantitativ və Kvalitativ Analizlər: Risklərin ölçülməsi və dəyərləndirilməsi üçün kvantitativ modellərin və kvalitativ yanaşmaların istifadəsi;
- Məlumatların İnteqrasiyası: Risk idarəetmə qərarlarında istifadə olunacaq məlumatların toplanması, təhlili və birləşdirilməsi.
Tələblər
Analoji sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi olmalıdır. Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər;
Tam ali iqtisadi təhsil;
Xarici dil – ingilis dili yaxşı səviyyədə;
İşdə dəqiqlik və detallara fikirvermə bacarığı olmalı;
Yüksək qavrama və öyrənmə qabiliyyəti olmalı;
Komandada işləməyi bacarmalı;
Məsuliyyətli, düzgün və etibarlı olmalı;
Ünsiyyətcil və təşəbbüskar olmalı;
MS Ofis proqramları, xüsusilə MS Ofis Excel və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı;
Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməlidir.