Bankda risklərin idarə edilməsi prosesisinin çərçivəsini müəyyən edən normativ sənəd bazasını hazırlamaq;
Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanı təşkil etmək;
Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və minimallaşdırılması üzrə metod və modellərin seçilməsi, tətbiqi üçün təkliflər vermək və qərarların qəbul olunmasında iştirak etmək;
RCM yaradılması və davamlı nəzarəti prosesini həyata keçirmək;
İnsidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılmasını təmin etmək;
Yaradılan yeni məhsul/xidmət, biznes proses, layihələrin risk əsaslı təhlilində iştirak etmək və qarşısının alınması üzrə təkliflər vermək;
Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy vermək;
Bankda risk mədəniyyətinin artırılması məqsədilə maarifləndirmə işlərini həyata keçirmək;
Risklərin idarə edilməsinə dair hesabatlıq, məlumat və sənədlərin hazırlanmasını təşkil etmək;
İdarənin və Bankın Riskləri İdarəetmə Komitəsinə müzakirəyə təqdim olunan məsələləri kordinasiya etmək və müvafiq məlumatların Komitəyə tam və dolğun şəkildə təqdimatını təşkil etmək;
Strateji risklərin idarə edilməsinə dair proseslərdə iştirak etmək, rəy və təkliflər vermək;
Risklərin idarə edilməsi, insidentlərin idarə edilməsi sistemi və nəzarət tədbirlərinin effektivliyinin artırılması üçün təkliflər vermək;
Tələblər
İqtisadiyyat və maliyyə sahəsi üzrə magistr təhsili;