“Yevlax” filialının Müştəri xidməti Şöbəsi (Kredit istiqamətində)

İşin təsviri

· Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;

· Kredit müraciətlərinin qəbulu və analizi;

· Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;

· Kredit sənədlərinin tərtibi;

· Kredit portfelinə nəzarət və idarə etmək;

· Müştəri hesablarının aparılmasına nəzarət;

· Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Tələblər

· Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali təhsil;

· Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

· Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;

· Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;

· Riyazi hesablama aparmaq qabiliyyəti;

· Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

· İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

· Kompüter bilikləri.