“Zaqatala” filialının Müştəri xidməti Şöbəsi (Kredit istiqamətində)

İşin təsviri

Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;

Kredit müraciətlərinin qəbulu və analizi;

Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;

Kredit sənədlərinin tərtibi;

Kredit portfelinə nəzarət və idarə etmək;

Müştəri hesablarının aparılmasına nəzarət;

Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali təhsil;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
  • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri

Vakansiya haqqında

Təhsil – Bakalavr

Vakansiya növü – Tam ştat

Təcrübə – 1-2 il