Təkrarsığorta üzrə kiçik mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Ali təhsil ( İqtisadiyyat, Maliyyə, Mühəndislik üzrə ixtisaslar arzu olunandır);
  • Dil bilikləri- Azərbaycan dili və ingilis dili əla, rus dili-arzuolunandır;
  • Minimum 1 il iş təcrübəsi (Sığorta sahəsində iş təcrübəsi arzu olunandır);
  • Kompyuter bilikləri: MS Office (Word-yaxşı, Microsoft Excel-yaxşı);
  • Diqqətli və riyazi düşünmə qabiliyyəti;
  • Korporativ etikaya uyğun ünsiyyət qurmaq və təqdimat bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Məsuliyyətli, nəticəyə yönümlü.

İş haqqında məlumat:

  • Təkrarsığorta üzrə müraciətlərin vaxtında və keyfiyyətli şəkildə cavablandırması;
  • Təkrarsığorta bazarında müştərilər və vasitəçilərlə danışıqlar aparmaq, yeni müştərilərin cəlb olunmasında köməklik etmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun təkrarsığorta şərtləri təminatı əldə edilməsi;
  • Təkrarsığorta müqavilələrinin tərtib edilməsi və rəsmiləşdirilməsi;
  • Şöbəyə daxil olan/çıxan sənədlərin qeydiyyatını aparması, səliqəli qaydada arxivləşdirməsı;
  • Müştərilər haqqında məlumatı müvafiq bazaya daxil etməsi;
  • Bağlanmış təkrarsığorta müqavilələri üzrə aylıq hesabatın hazırlanması;
  • Gündəlik hesabatların aparması, şirkətin rüblük hesabatlıq proseslərə dəstək olması;
  • Zəruri hallarda lazım olan sənədləri azərbaycan, ingilis və ya rus dillərinə tərcümə etməsi;
  • İşgüzar əməkdaşlıq məsələləri üzrə yerli sığortaçılar, xarici təkrarsığortaçılar və brokerlərlə ünsiyyət qurmaq;
  • Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək.

İş şərtləri:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
  • İmtiyazlar: Könüllü tibbi sığorta;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Təkrarsığorta üzrə kiçik mütəxəssis) qeyd edərək, hr@xalqsigorta.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.