Prosessinq İşinin Təşkili İdarəsinin Ödəniş texnologiyalarına dəstək şöbəsinin mütəxəssisi

İşin təsviri

  • Kart və ekvayrinq əməliyyatları ilə bağlı müxtəlif sistemlər arasında olan əməliyyatlar üzrə funksionallıqların, servislərin, APİ sorğuların hazırlanması və tətbiqi;
  • CMS proqram təminatı üzrə Vendorlar tərəfindən təqdim edilən istifadəçi funksiyalarının və kitabxana fayllarının sistemə yüklənməsi, dəyişdirilməsi;
  • CMS (Card Management System) proqram təminatı üzrə sistem inzibatçılığı funksiyasının yerinə yetirilməsi (təlim keçirilməsi təmin olunacaq);
  • Yeni texnologiyaların tətbiqi və test edilməsi.

Tələblər

  • Ali təhsil;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • İngilis və rus dillərini bilənlərə üstünlük verilir;
  • Java, Java Script, SQL, PL/SQL üzrə işləmə bacarığı;
  • Web servis, arxitektura növləri (Rest/Soap) barədə biliklərə, APİ Servislərin sorğulanması bacarığına, sorğulama formatları (JSON / XML) barədə anlayışlara malik olmalıdır;
  • MQ (Kafka, RabbitMQ) kimi mesajlaşma sistemləri üzrə bilgilərə malik olmalıdır;
  • Hər hansı prosessinq sistemi ilə iş təcrübəsi olanlara üstünlük verilir;
  • HSM və PCİ DSS prinsiplər haqqında biliklərə malik olanlara üstünlük verilir;
  • TCP/İP, SSL/TLS bilikləri olanlara üstünlük verilir;
  • Linux əməliyyat sistemi haqqında bilikləri olanlara üstünlük verilir;
  • Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • Müəyyən edilmiş müddət çərçivəsində tapşırıqları icra etmək bacarığı;
  • Yüksək qavrama və analitik düşünmə bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.