Xaricdə Təhsil üzrə Mütəxəssis

20 Avqust 2025
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Family School Təlim və Tədris mərkəzinə peşəkar və işgüzar “Xaricdə Təhsil üzrə Mütəxəssis” axtarırıq.

Tələblər:

  • Minimum 2 il iş təcrübəsi (xaricdə təhsil, viza və beynəlxalq proqramlar üzrə);
  • Axtarış və araşdırma bacarığı yüksək səviyyədə;
  • Xaricdə təhsil və viza prosedurlarını yaxşı bilmək;
  • Müxtəlif ölkələrin təqaüd və mübadilə proqramları haqqında məlumatlı olmaq;
  • Tələbələri düzgün yönləndirmə və onlara fərdi təhsil planı hazırlama bacarığı;
  • Xarici universitetlərlə əməkdaşlıq qurmaq və əlaqələri inkişaf etdirmək təcrübəsi;
  • Təhsil sərgilərinin və təqdimatların təşkilini bacarmaq;
  • İngilis dili yüksək səviyyədə, rus dili bilikləri arzuolunandır;
  • Yüksək ünsiyyət və təqdimat bacarığı;
  • Komanda ilə işləmək və eyni zamanda müstəqil qərar vermək bacarığı;
  • Dəqiq, məsuliyyətli və nəticəyönümlü olmaq.

Vəzifə öhdəlikləri:

  • Xaricdə təhsil almaq istəyən tələbələrə peşəkar konsultasiya vermək;
  • Müxtəlif ölkələrin universitetləri, ixtisasları və qəbul şərtləri barədə məlumat təqdim etmək;
  • Qəbul üçün zəruri sənədlərin hazırlanması və viza müraciətləri prosesində dəstək olmaq;
  • Təqaüd və qrant imkanlarını araşdırmaq, tələbələrə təqdim etmək;
  • Universitetlərlə yazışmalar, görüşlər və əməkdaşlıqlar təşkil etmək;
  • Təhsil sərgiləri, seminarlar və təqdimatlar təşkil etmək;
  • Təhsil trendlərini izləmək, yeni imkanları araşdırmaq və şirkətə tətbiq etmək.

Bizimlə işləməyin üstünlükləri:

  • Rəqabətədavamlı əmək haqqı və bonus sistemi;
  • Peşəkar və dostluq mühiti;
  • Karyera inkişafı və beynəlxalq əlaqələrin qurulması imkanı.

Müraciət üçün: CV-nizi və motivasiya məktubunuzu: familyschooledu@gmail.com elektron poçt ünvanına göndərin.