İşin təsviri
- Gündəlik olaraq elektrik avadanlıqlarının monitorinqini həyata keçirmək;
- Müəssisədə mövcud olan elektrik avadanlıqlarına və qurğularına xidmət göstərmək;
- Xüsusi ləvazimatlar və alətlərdən istifadə etməklə müxtəlif sabit və dəyişən cərəyan elektrik avadanlıqlarının təmiri üzrə işləri yerinə yetirmək;
- Elektrik avadanlıqlarının təmiri zamanı sadə çilingər, montaj və dülgər işlərini yerinə yetirmək;
- Elektrik avadanlıqları və qurğularını təmirdən sonra sınaqdan keçirmək və sazlanması işlərini görmək, onları istismara buraxılmağa hazırlamaq;
- Ona etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə məsuliyyətlə yanaşmaq;
- Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik və mülkü-müdafiə qaydalarına riayət etmək.
Tələblər
- Elektrik və ya texniki ixtisas üzrə orta ixtisas və ya peşə təhsili;
- Elektrik sahəsində iş təcrübəsi arzuolunandır;
- Elektrik sxemlərini oxumaq və onlarla işləmək bacarığı;
- Təhlükəsizlik standartları haqqında bilik;
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Komanda ilə işləmək bacarmaq.