İşin təsviri
- İnsan Resursları üzrə menecerə hesabat vermək
- Təyin olunmuş təcrübə proqramı çərçivəsində öyrənmə və praktiki fəaliyyətlərdə iştirak etmək
- Şöbə üzrə müəyyən edilmiş hədəflərin icrasında iştirak etmək
- Müəssisədaxili prosedur və qaydaları öyrənmək və onlara əməl etmək
- Sənədlərin surətlərini çıxarmaq, nömrələmək və sistemləşdirmək
- Sənədlərin təhlükəsizliyini təmin etmək məqsədilə ehtiyat nüsxələri saxlamaq və arxivləşdirmək
- Kadr sənədlərinin (əmrlər, əmək müqavilələri və s.) hazırlanmasına dəstək olmaq
- İşçilərin şəxsi işlərini hazırlamaq, formalaşdırmaq və mütəmadi yeniləmək
- Kadr sənədlərini arxivləşdirmək və qaydaya salmaq
- İşçi davamiyyətini izləmək
- Elektron və fiziki sənədlərin məxfiliyini və təhlükəsizliyini təmin etmək
- Məxfi məlumatlara yalnız səlahiyyət çərçivəsində çıxışı təmin etmək
Tələblər
- Ali təhsilə malik olmaq
- İngilis və rus dillərini bilmək (üstünlükdür)
- Ofis proqramlarında işləmə bacarığına sahib olmaq
- Komandada işləmə bacarığına malik olmaq
- Öyrənməyə meyilli olmaq
- Məsuliyyətli və diqqətli olmaq
- Ünsiyyət bacarıqlarına sahib olmaq