İşin təsviri
- Əmək mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit (SƏTƏM) qaydalarına gündəlik nəzarətin həyata keçirilməsi.
- İş yerlərində mövcud və potensial təhlükələrin müəyyən edilməsi, risklərin qiymətləndirilməsi və müvafiq qabaqlayıcı tədbirlərin görülməsi.
- İstehsalat sahəsində planlı və plandankənar təhlükəsizlik yoxlamalarının (inspeksiyaların) aparılması.
- İşçilərin fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsinə mütəmadi nəzarət edilməsi.
- Təhlükəsizlik nişanları, qadağanedici və xəbərdarlıq işarələrinin düzgün yerləşdirilməsinə və saxlanılmasına nəzarət.
- İş yerlərinin zəruri təhlükəsizlik vasitələri və işarələri ilə təmin olunmasına nəzarət.
- İş öncəsi (gündəlik / toolbox talk) təlimatlandırmaların keçirilməsində iştirak və nəzarətin təmin edilməsi.
- Yeni işçilər və əraziyə daxil olan qonaqlar üçün SƏTƏM üzrə ilkin təlimatlandırmaların təşkili, keçirilməsi və sənədləşdirilməsi.
- Baş verən hadisə, qəza və insidentlərin araşdırılmasında iştirak və ilkin hesabatların hazırlanması.
- Yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət.
- İlkin yanğınsöndürmə vasitələrinin (yanğınsöndürmə balonları və hidrantlar) saz və işlək vəziyyətdə olmasına nəzarət və mütəmadi yoxlanılması.
- Sanitariya-gigiyena və biotəhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət (xüsusilə heyvandarlıq sahəsində).
- SƏTƏM üzrə bütün sənədləşmənin aparılması və müvafiq hesabatların hazırlanması.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil
SƏTƏM sahəsində ən azı 1il iş təcrübəsi
Əməyin mühafizəsi üzrə normativ biliklər
Məsuliyyətli, diqqətli və operativ
MS Office proqramlarında işləmə bacarığı
Komandada işləmə və ünsiyyət bacarığı