SƏTƏM Üzrə kiçik mütəxəssis (Qəbələ)

İşin təsviri

Təsvir

• Əmək mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit (SƏTƏM) qaydalarına gündəlik nəzarətin həyata keçirilməsi.

• İş yerlərində mövcud və potensial təhlükələrin müəyyən edilməsi, risklərin qiymətləndirilməsi və müvafiq qabaqlayıcı tədbirlərin görülməsi.

• İstehsalat sahəsində planlı və plandankənar təhlükəsizlik yoxlamalarının (inspeksiyaların) aparılması.

• İşçilərin fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsinə mütəmadi nəzarət edilməsi.

• Təhlükəsizlik nişanları, qadağanedici və xəbərdarlıq işarələrinin düzgün yerləşdirilməsinə və saxlanılmasına nəzarət.

• İş yerlərinin zəruri təhlükəsizlik vasitələri və işarələri ilə təmin olunmasına nəzarət.

• İş öncəsi (gündəlik / toolbox talk) təlimatlandırmaların keçirilməsində iştirak və nəzarətin təmin edilməsi.

• Yeni işçilər və əraziyə daxil olan qonaqlar üçün SƏTƏM üzrə ilkin təlimatlandırmaların təşkili, keçirilməsi və sənədləşdirilməsi.

• Baş verən hadisə, qəza və insidentlərin araşdırılmasında iştirak və ilkin hesabatların hazırlanması.

• Yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasına nəzarət.

• İlkin yanğınsöndürmə vasitələrinin (yanğınsöndürmə balonları və hidrantlar) saz və işlək vəziyyətdə olmasına nəzarət və mütəmadi yoxlanılması.

• Sanitariya-gigiyena və biotəhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət (xüsusilə heyvandarlıq sahəsində).

• SƏTƏM üzrə bütün sənədləşmənin aparılması və müvafiq hesabatların hazırlanması.

Tələblər

  • Müvafiq ali təhsil
  • SƏTƏM sahəsində ən azı 1il iş təcrübəsi
  • Əməyin mühafizəsi üzrə normativ biliklər
  • Məsuliyyətli, diqqətli və operativ
  • MS Office proqramlarında işləmə bacarığı
  • Komandada işləmə və ünsiyyət bacarığı