İşin təsviri
- Təhlükəsizlik postunda avadanlıqları və digər inventarları yoxlamaq və qəbul etmək, çatışmazlıqlar haqqında rəhbərliyə məlumat vermək;
- Müəssisə ərazisində ona təhkim olunmuş obyektlərin, avadanlıqların və mal-materialın mühafizəsini təşkil etmək;
- Müəssisəyə daxil və xaric olan yüklərin prosedura uyğun yoxlanılması, tərəzidə ölçülməsi və digər qaydaları icra etmək;
- Satış proseslərində iştirak etmək və satşı qaimələrində təhlükəsizlik yoxlaması təsdiqini etmək;
- Müəssisənin ərazisinə şübhəli şəxslərin (içkili və ya narkotik maddələrin təsiri altında olan daxil olmasının qarşısını almaq və belə hallar barəsində rəhbərliyə məlumat vermək;
- Müəssisənin ərazisindən avadanlıqların, mexanizmlərin və mal – materialların qanunsuz çıxartmağa cəhd göstərən və ya qanun pozuntusunda şübhəli olan şəxsləri saxlamaq və rəhbərliyi xəbərdar etmək.
Tələblər
- Orta təhsil;
- Diqqətlilik və məsuliyyətli olmaq;
- Nizam-intizamlı olmaq;
- Təhlükəsizlik avadanlıqları ilə işləmək təcrübəsi.