İşin təsviri
- Filiallarda və baş ofisdə təmir-tikinti işləri üçün zəruri olan mal-material sorğularının hazırlanması;
- Filialların və baş ofisin kommunal, təhtəlhesab ödənişləri üçün sənədlərin hazırlanması və aylıq hesabatların aparılması;
- Xidməti sənədlərin (məktub, təqdimat və s.) tərtib olunması, icarədarlara və filiallara aid məlumatların əks olunduğu reyestrin aparılması, bütün sənədlərin (müqavilə, sığorta şəhadətnaməsi,icarədarların hüquqi sənədləri) scan olaraq hesabata əlavə edilməsi;
- Öz səlahiyyətləri daxilində qərarların qəbul edilməsi;
- Mövcud sənədlərin lazımı qaydada saxlanılmasınnı təmin edilməsi;
- İnzibati dəstək şöbəsinə aid müqavilələrin rəsmiləşdirilməsi və icrasına nəzarət, icarə müqavilələrin bankdaxili təsdiqi və notarial təsdiqi üçün zəruri sənədlərin toplanması;
- Filiallardan və baş ofisdən daxil olan gündəlik məişət-texniki problemlərin həlli üçün administrativ işçilərin yönləndirilməsi və onlara nəzarət edilməsi;
- Gündəlik məişət-texniki problemlərin həllində filial inzibatçılarına lazımi köməyin göstərilməsi;
- Təmir-tikinti işləri üçün zəruri olan inşaat materiallarının qiymət və keyfiyyətinə görə seçilməsində iştirak edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasının təmin edilməsi;
- Bankın daxili nizam-intizam qaydalarına və etik davranış normalarına daim riayət edilməsi;
- Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıması;
- Bu vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların icra edilməsi;
- Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl edilməsi.
Tələblər
- Ali təhsil (Memarlıq və inşaat universiteti məzunları üstünlük təşkil edir);
- Operativlik və analitik düşünmə bacarığı;
- Qərar verə bilmə bacarığı;
- Komandada işləmə bacarığı.