İşin təsviri

  • Bankın daxili proqram təminatlarının dəstəklənməsi və inkişafı;
  • Mövcud və gələcək biznes proseslərinin, iş axınlarının və onların proqram təminatı ilə əlaqələrinin təhlili və sənədləşdirilməsi;
  • Tələblərin toplanması, təhlili və aidiyyəti daxili və xarici işçi qrupları ilə effektiv ünsiyyətin qurulması;
  • Biznes proseslərin təhlili və onların texniki baxımından dərin detallandırılması;
  • Texniki və istifadəçi səviyyəsində sənədlərin hazırlanması (use case, texniki tapşırıqlar və s.);
  • Test ssenarilərinin hazırlanmasında iştirak və dəyişikliklərin tələblərə uyğunluğunun yoxlanılması;
  • Dəyişdirilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və bank sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
  • Biznes proseslərin proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların hazırlanması;
  • Təklif olunan layihələrin miqyasının, faydalarının və risklərinin qiymətləndirilməsi və optimallaşdırılması üzrə İT rəhbərliyinə və biznes istifadəçilərinə dəstək göstərilməsi;
  • İstifadəçilərin və rəhbərliyin gözləntilərinin idarə olunmasına dəstək verilməsi;
  • Texniki şöbələrlə və aidiyyəti strukturlarla iş sorğularının və layihə fəaliyyətlərinin koordinasiyası;
  • Təcrübələr və texniki imkanlar əsasında alternativ və səmərəli həllərin təklif olunması;
  • Təhlil nəticəsində hesabatların hazırlanması, imkanlarının təmin edilməsi və potensial risklərin müəyyən edilməsi.

Tələblər

  • Ali təhsil (İqtisadiyyat və ya Texniki ixtisaslar üzrə);
  • Bank sektorunda ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan dili, rus dili biliyi yaxşı səviyyədə, ingilis dili biliyi arzuolunandır;
  • Agile metodologiya üzrə biliklər arzuolunandır;
  • Bank işinin kredit və qeyri-kredit sahələri, mövcud biznes prosesləri, əməliyyatların icra olunma ardıcıllığı və bank qanunvericiliyi barədə biliklər;
  • Bankdaxili, kənar və ümumi istifadə proqram təminatları (məs. GNI, BPM, Postman, JIRA, Microsoft Office və s.) ilə işləmə bacarığı və təcrübəsi
  • SQL və PL/SQL bilikləri (arzuolunandır);
  • Güclü analitik düşüncə, təşkilati və ünsiyyət bacarıqları;
  • Effektiv kommunikasiya və komandada işləmə bacarığı;
  • Vəzifələri prioritetləşdirmək və işləri düzgün təşkil etmək bacarığı;
  • Müstəqil qərarvermə və idarəçilik təcrübəsi.