Kassa xidmətləri üzrə – Lənkəran filialı

İşin təsviri

  • Pul saxlancının əməliyyat gününün əvvəlində açılıb və əməliyyat günün sonunda bağlanmasında digər məsul şəxslərlə birlikdə iştrak etmək
  • Müştərilərə xidmət göstərilməsini təmin etmək
  • Əməliyyat günü ərzində nağd pulların və digər qiymətlilərin mədaxil və məxaricini təsdiq etmək
  • Kassada olan pulun, digər qiymətlilər və sənədlərin lazımi qaydada mühafizəsinin təşkil edilməsini təmin etmək
  • Valyuta mübadiləsi əməliyyatlarını həyata keçirmək
  • Kassaya mədaxil edilmiş nağd pulların formalaşdırılması və bağlanması, onların dövriyyə üçün ödəmə qabiliyyətliyinin müəyyən edilməsini həyata keçirmək
  • Gün sonu nağd pulun və qiymətlilərin faktiki qalığının yoxlanılması, kassa hesabatlarının hazırlanması, sənədlərin qovluqlara tikilməsi və kassa dövriyyə kitabını faktiki nağd vəsait və qiymətlilərlə üzləşdirib düzgün yazılmasını icra etmək

Tələblər

  • Ali təhsil
  • Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi
  • MS Office programlarında işləmə bacarığı

Biz Sizə nə təklif edirik

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  • Könüllü tibbi sığorta proqramına qoşulma
  • Yığım sığortasına qoşulma imkanı
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv