İşin təsviri
- 3000-20000 AZN arası əsas kredit borcu olan və gecikmədə olan müştərilərlə iş
- Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında borclularla danışıqlar aparmaq
- Borcluların axtarışına və onlarla əlaqələrin yaradılmasına yönəldilmiş tədbirlərdə iştirak etmək
- Ehtiyac olduğu təqdirdə borcluların yaşayış və iş yerlərinə səfər etmək
- Mövcud borcların tənzimlənməsi məsələləri ilə əlaqədar borclulara məsləhətlər vermək
- Ödənilməmiş borcların alınması məsələləri ilə əlaqədar təşkilatın mənafeyini məhkəmə instansiyalarında təmsil etmək
- Məhkəmə icraçıları, dövlət və hüquq-mühafizə orqanlarında olan işlərə dəstək vermək
Tələblər
- Ali təhsil
- Mikro və ya istehlak kreditləri sahəsində minimum 12 ay iş təcrübəsi
- MS Office (proqlamlrında işləmə bacarığı
- Rus dili bilənlərə üstünlük verilir
- Komandada işləmə bacarığı
- Hesabat hazırlama bacarığı
- Monitorinq eləmə imkanı
- Konflikt situasiyaları idarəetmə bacarığı
- Stresə davamlılıq