(Masallı) Fiziki şəxslərə xidmət üzrə Kiçik mütəxəssis / Mütəxəssis

İşin təsviri

  • Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi, fiziki şəxs müştərilərinin cəlb edilməsi;
  • İstehlak, ipoteka və digər kredit məhsulları üzrə mövcud şərtlərlə müştərilərin cəlb edilməsi və bununla bağlı müvafiq mütəxəssis məsləhətlərinin verilməsi;
  • Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;
  • İstehlak krediti portfelinin daimi monitorinq edilməsi;
  • İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması;
  • Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi.

Tələblər

  • Ali təhsil;
  • İş təcrübəsi – Bank sahəsində minimum 6 ay;
  • Ünsiyyət qurmaq və satış bacarığı;
  • Riyazi biliklər;
  • Komandada işləmək bacarığı.

Biz Sizə nə təklif edirik

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Yığım sığortasına qoşulma imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.