İşin təsviri

Fiziki serverlərin və virtualizasiya sistemlərinin konfiqurasiyası, sazlanması və monitoriq edilməsi;

Windows və Linux əməliyyat sistemlərinin qurulması və sazlanması;

İstifadəçi hesablarının idarə edilməsi;

Diaqnostika həyata keçirərək aparat və proqram təminatında yaranan problemlərin həll edilməsi, problemlərin həll yollarının sənədləşdirilməsi;

Sistemin saxlanılması, ehtiyyat nüsxələrinin yaradılması, sistemin məhsuldarlığının monitorinqi;

Proqram təminatı, fiziki server və saxlanc avadanlıqlarının lisenziyaları və kontraklarının idarə edilməsi;

Sistemlərə texniki dəstək və istifadə təlimatlarının hazırlanması, sistemlərin modernləşdirilməsi, yenilənməsi və miqrasiyası;

Sistemin təhlükəsizliyinin qorunması.

Tələblər

Yüksək analitik düşüncə, effektiv kommunikasiya, komandada işləmə bacarığı, işləri düzgün planlama qabiliyyəti.

Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi (bank təcrübəsi üstünlükdür).

Texniki təhsil arzuolunandır.

Linux, Unix və Microsoft Windows Server-lə dərin iş təcrübəsi.

VMWare vSphere, VSAN, NSX bilikləri və təcrübəsi.

HPE server və saxlanc sistemləri, SAN və NAS texnologiyaları; Cisco MDS və Brocade SAN switch-lərlə təcrübə.

Backup: Veeam Backup idarəetmə bacarıqları.

RHCSA (Red Hat Certified System Administrator), MCP (Microsoft Certified Professional), VCP (VMware Certified Professional) üstünlükdür.