Məzmuna keçin
Zeytun apteklər şəbəkəsi yerləşdirilib

Yeni apteklərin təşkili üzrə kiçik mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İcarə müqavilələrinin razılaşdırılması və müəyyən edilmiş müddətdə imzalanması prosesini koordinasiya etmək;

Apteklərin təmir işlərinin təsdiq edilmiş qrafikə uyğun icrasını izləmək və mümkün gecikmələr barədə vaxtında məlumat vermək;

Avadanlıqlara olan tələbatın müəyyənləşdirilməsi, tələbnamələrin hazırlanması, çatdırılma və quraşdırılma prosesinə nəzarət etmək;

Aptekin açılışı üçün ilkin mal qalığının müəyyənləşdirilməsi, tələbnamələrin hazırlanması və malların vaxtında təmin edilməsini koordinasiya etmək;

Sahibkarlarla yekun hesablaşmalar üçün zəruri sənəd və məlumatların tam və düzgün təqdim edilməsini təmin etmək;

Müvafiq tələbnamələrin düzgün, tam və müəyyən olunmuş müddətdə hazırlanmasına nəzarət etmək;

Aptekin açılış tarixinədək işçi heyəti ilə təminat prosesini koordinasiya etmək;

Obyektlər üzrə icra planını yeniləmək, riskləri və gecikmələri vaxtında müəyyənləşdirmək, rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.

Tələblər

  • Ali təhsil
  • MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı
  • Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları
  • Sənədlərlə dəqiq işləmək və hesabat hazırlamaq qabiliyyəti
  • Ünsiyyət və danışıqlar aparmaq bacarığı
  • Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı

Üstünlük hesab olunur

  • Oxşar sahədə iş təcrübəsi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →